Salyan rayon Təhsil Şöbəsinin rəhbərliyi, əməkdaşları və ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə videokonfrans keçirilib.
Görüşün keçirilməsində məqsəd xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” barədə ümumtəhsil məktəblərinin direktorlarını maraqlandıran sualları cavablandırmaq olub.