22.12.2020

Salyan rayon Təhsil Şöbəsində növbəti virtual iclas keçirilib

 Salyan RTŞ əməkdaşları ilə rayon ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə növbəti virtual iclas keçirilib.

İclasda Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Salyan RTŞ-nin müdiri Xudaverdi Piriyev çıxış edərək bildirib ki, hazırda ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən lazımi tədbirlər aparılır. Bu səbəbdən koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə mübarizədə valideyn və şagirdlər arasında ciddi maarifləndirmə işləri aparılmalı, repetitorluq fəaliyyəti tamamilə dayandırlmalıdır. Eyni zamanda o, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin təbliğinin, təhsil müəssisələrində onlarla bağlı fotostendlərin hazırlanmasının , bu mövzuda inşa müsabiqələrinin keçirilməsinin, videoçarxların hazırlanmasının zəruri olduğunu bildirib. Daha sonra X.Piriyev mövcud pandemiya vəziyyəti ilə əlaqədar tədrisin distant şəkildə təşkil olunduğunu vurğulayaraq məktəblər üzrə Microsoft Teams proqramına qoşulan şagird və müəllimlərin statistikasını iclas iştirakçılarının diqqətinə çatdırıb və bəzi məktəblərdə bu platformaya qoşulanların sayca azlıq təşkil etdiyini bildirərək müvafiq tapşırıqlar verib.

Salyan RTŞ-nin müdiri X.Piriyev ümumtəhsil məktəblərində virtual dərslərin təşkili, elektron şagird yerdəyişməsi, şagird-məzun sisteminin mövcud vəziyyəti, ,,Virtual məktəb”də 19.12.2020-ci il tarixdə saat 14-00-da IV,VI,IX sinif şagirdləri üçün tədris dili,riyaziyyat,xarici (ingilis) dil fənləri üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə Milli Qiymətləndirmənin nəticələri araşdırılıb.


Açar sözlər: ,  ,  ,