25.11.2020

Salyan RTŞ-nin əməkdaşlarının rayonun ümumi təhsil məktəb rəhbərləri ilə onlayn konfransı keçirilib

Salyan RTŞ-nin əməkdaşlarının rayonun ümumi təhsil məktəb rəhbərləri ilə onlayn konfransı keçirilmişdir. Konfransda ümumilikdə 51 məktəb rəhbəri iştirak etmişdir. Konfransı giriş sözü ilə açan RTŞ-nin müdiri Xudaverdi Piriyev başda Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuzun ll Qarabağ Müharibəsində qazandığı tarixi qələbə münasibətilə hamını təbrik etmiş, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləmişdir. Sonra o, koronavirus (COVİD-19) xəstəliyinə yoluxma hallarının kəskin şəkildə artdığı bir vaxtda koronavirusla mübarizədə təhsil işçilərinin daha fəal olmalarının vacibliyini vurğulayıb, bu bəla ilə mübarizə məqsədilə vətəndaşlar arasında təbliğat və təşviqat işinin gücləndirilməsini tövsiyə etmişdir. Koronavirus (COVİD-19) xəstəliyinə yoluxma hallarının artması səbəbindən 02 noyabr tarixdən 01 dekabradək bütün təhsil müəssisələrində tədrisin distant formada aparılacağı üçün hər bir təhsilverənin işinin yeni qaydalara uyğun qurmasının vacibliyi qeyd edilib. Vurğulanıb ki, distant dərslərin aparılması üçün ən uğurlu vasitə "virtual məktəb"dir. "Virtual məktəb"də müəllimlərin fəallığının rəhbərlik tərəfindən izlənilməsi imkanı olduğundan qabaqcıl təcrübəni yaymaq mümkün olacaqdır.

Sonra RTŞ-nin əməkdaşı Rəna müəllimə şagird yerdəyişməsi, sinif jurnallarının aparılması qaydaları barədə məlumat verib.


Açar sözlər: ,  ,  ,