05.06.2020

Salyan rayon ümumtəhsil  məktəb psixoloqlarının onlayn seminarı keçirilib

Salyan rayon ümumtəhsil məktəblərinin praktik psixoloqları ilə  "Abituryentlərdə imtahan həyəcanı, stress və təşviş" mövzusunda seminar keçirilib.

Seminarda psixoloqlar tərəfindən imtahan stressinin aradan qaldırılması üçün bir sıra tövsiyələr irəli sürülüb.Valideynlərə  övladlarına dəstək olaraq onların günlük rejimlərinə diqqət etməyi, tədris proqram materialları ilə çox yükləməməyi, açıq havada gəzməyi, düzgün qidalarla qidalanmağı, idmanla məşğul olmaları  tövsiyə olunub.