Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin,Salyan rayon Təhsil Şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsinin nümayəndələri mütəmadi olaraq aztəminatlı ailələrdən olan məktəblilərin evlərində olur,onlara karantin dövrünün qaydaları,uşaqların təhsilləri ilə əlaqədar aparılan işlərlə bağlı maarifləndirici söhbətlər aparır,valideyn və uşaqlara pedoqoji və psixoloji məsləhətlər verirlər. Görüşlər zamanı ailələrə gündəlik tələbata uyğun yardımlar da edilir.
BİZ BİRLİKDƏ GÜCLÜYÜK.
#evdəqal