24.12.2019

 Salyan rayon Yuxarı Xalac kənd-1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri  Qobustan Milli Tarix Muzeyində və Bakı şəhərində ekskursiyada olublar

          Salyan rayon Yuxarı Xalac kənd-1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri tarix müəllimi Tahirov Firudinin rəhbərliyi ilə Qobustan Milli Tarix Muzeyində və Bakı şəhərində ekskursiyada olublar. Şagirdlər açıq səma altda muzey olan Qobustan abidələri ilə yaxından maraqlanıblar. Şagirdlər Tariximizdə önəmli yer tutan 20 Yanvar şəhidlərinin məzarlarını da ziyarət etmiş və Tarix müəllimləri tərəfindən bu qanlı tarix haqqında ətraflı məlumat sahibi olmuşlar.


Açar sözlər: ,  ,  ,