24.12.2019

Salyan rayon Qarabağlı kənd-1 nömrəli tam orta məktəbində Salyan rayonunun müəyyən bölgəsi üzrə 10 məktəbi əhatə edən gənc müəllimlərlə görüş keçirilib

      Salyan rayon Qarabağlı kənd-1 nömrəli tam orta məktəbində Salyan rayonunun müəyyən bölgəsi üzrə 10 məktəbi əhatə edən gənc müəllimlərlə görüş keçirilmişdir. Görüşdə Salyan RTŞ-nin müdir müavini Kübra Quliyeva, psixoloq metodist Şölə Abışova və Salyan rayon təhsil meneceri Firudin Tahirov iştirak etmişdir. 

       Görüşdə ümumtəhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili , tədrisin keyfiyyətinin yüksəldilməsi ,əlverişli təlim və inkişaf mühitinin yaradılması məsələsinə toxunulub. Daha sonra gənc müəllimlərin fikir və təklifləri dinlənilmiş , onları maraqlandıran suallar cavablandırılmışdır. 


Açar sözlər: ,  ,  ,