Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişinin qonağı olub.
Verilişdə son zamanlar təhsil sahəsində aparılan islahatlar və yeni təşəbbüslərdən söz açılıb.
Təhsil naziri verilişdə iştirak edən media nümayəndələrinin ali təhsilə əlçatanlığın artırılması, dərsliklərin məzmununun yenilənməsi, müəllimlərin sertifikatlaşdırılması və digər mövzularla bağlı suallarını cavablandırıb.