27.05.2019

Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib

    Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib.  Açılışda  Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, pedaqoji heyət  və şagirdlər iştirak edib. Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.