13.03.2019

 Salyan rayon ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib

      Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Salyan rayonu Çuxanlı kəndində yerləşən N nömrəli hərbi hissəsində Salyan rayon İcra Hakimiyyəti Başçısı və Azərbaycan Respublikası Gənclər və İdman naziri tərəfindən razılaşdırılmış və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş iş və tədbirlər planına əsasən Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının 5.1.9 bəndinə (hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, keçirilməsi üçün şəraitin yaradılması) uyğun olaraq ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir. 

     “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri və fərqlənmiş komandaları Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edildilər. “Şahin” hərbi-idman oyununun rayon birinciliyində I yeri tutmuş şəhər 8 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona birinciliyində Salyan rayonunu təmsil edəcəkdir.


Açar sözlər: ,