Salyan rayonunda 2 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikasının Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə keçiriləcək "Məktəblilərin Respublika Yaradıcılıq Festivalı"çərçivəsində Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Aran zonası üzrə 9 rayonları əhatə edən ümumtəhsil məktəblərin və Uşaq Gənclər İnkişaf Mərkəzlərinin müəllimlərinə maarifləndirirci təlimlər keçirildi.Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin maraq və bacarıqlarının,intelektual səviyyəsi və yaradıcı qabiliyyətlərinin aşkarlanması,onların qlobal dayanıqlı inkişaf məqsədləri və müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması ilə fərdi potensiallarını inkişaf etdirməkdən ibarətdir.