Salyan rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Fərqanə xanım, Rayon İcra hakimiyyətinin nümayəndəsi Nərmin xanım, Mərkəzi kitabxananın müdiri Səidə xanım, həkim ginekoloq Xatirə xanım Peyk kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə "Erkən nigaha yox deyək" devizi altında geniş müzakirə aparıblar. Məqsəd ucqar məktəblərdə məktəb yaşlı qızların erkən nigahının qarşısını almaqdan ibarətdir.