Salyan rayon Mərkəzi Kitabxanasının tərkibində fəaliyyət göstərən Amerika Mərkəzində “Spelling Bee” yarışmasının yarımfinalı keçirilib.
“Spelling Bee” yarışması ABŞ-ın Azərbaycandakı Səfirliyinin ölkədəki Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək, məktəblilər üçün keçirdiyi tədrisdənkənar ingilis dili yönümlü fəaliyyətlərin inkişafına, ingilis dilində düzgün yazma və oxumanın öyrənilməsinə, akademik şəraitdə ingilis dilinin sağlam şəkildə öyrənilməsini təşviq edən yarışdır.
Tədbirin qonaqları ABŞ səfirliyinin əməkdaşı Aydan Asgarova, Bakı Amerika Mərkəzinin Əməkdaşı Nərgiz Axundova və Flex Proqramı məzunu Şəbnəm Vəliyeva idi.
Təqdimata ABŞ səfirliyinin əməkdaşı Aydan Asgarovanın məruzəsi ilə başlanıldı. Daha sonra yarışa start verildi. Yarış 12-13, 14-15, 16-17 yaşlı məktəblilər arasında keçirilmişdir.
Yarışda qalib gələn finalistlərimiz - Çicək Əlizadə, Leyla Cavadova, Nigar Mahmudova, Vüsal Quliyev, Azər Həsənov, Fatimə Tağızadə, Fəxri Günəşli, Iradə Həsənova, Rəşid Qocayev oldu.