13.05.2016

Z.Hüseynov adına Quyçu kənd ümumi orta məktəbində  keçirilmiş  tədbir.

13.05.2016 -cı il tarixində Salyan rayon Z.Hüseynov adına Quyçu kənd ümumi orta məktəbində Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" mövzusunda təlim keçirilmişdir.Təlimdə məktəbin müəllimi, direktor müavini və 3(üç ) nəfər valideyn iştirak edirdi. Təlimin əsas məqsədi VI, VII sinifdə oxuyan qızları yeniyetməlik dövrü ilə bağlı məlumatlandırmaq, onlari orqanizmdə baş verən fizioloji dəyişikliklər haqqinda bilgiləndirmək idi. Yeniyetməlik dövrü - sürətli fiziki inkişaf, psixoloji, emosional, intellektual, mədəni, mənəvi inkişaf ilə səciyyələnən, insanın həyatinda helledici dövrdür. Şagirdlərin bu dövrü rahat, məlumatlı, özünəinamlı keçirməsi üçün belə təlimlər məqsədə uyğundur. Sonda Procter & Gamble şirkətinin məhsulları şagirdlərə paylandı.


Açar sözlər: