22.11.2018

      “Məktəblər arasında respublika çempionatı” nın şahmat idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilib

 

        Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı” nın şahmat idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilmişdir.
       Yarışların yekun nəticəsinə əsasən III yeri Arbatan kənd tam orta məktəbin komandası, II yeri Dayıkənd kənd tam orta məktəbin komandası, I yeri isə 4 saylı tam orta məktəbin komandası qazandı.
Qalib komandaları diplomlarla təltif edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov şahmatçıları təbrik edərək onlara yeni-yeni qələbələr arzuladı.


Açar sözlər: ,