15.11.2018

        “Məktəblər arasında respublika çempionatı” nın Voleybol idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilib

           Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon 9 saylı tam orta məktəbin idman zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı” nın Voleybol idman növü üzrə yarışlarının rayon mərhələsi keçirilmişdir.
        İlk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək potensiallı idmançıların aşkara çıxarılması sahəsində görülən işərdən söhbət açdı. Bildirdi ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Azərbaycan idmanı bu gün dünya arenasında özünəməxsus yerə sahibdir. Dövlət başçısı Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində idman böyük bir inkişaf yolundadır
      Daha sonra çıxış edən Salyan rayon Təhsil Şöbəsinin metodisti Emin Məlikov yarışın qaydaları haqqında komandalara ətraflı məlumat verərək komandalara uğurlar arzuladı.
    Olimpiya sistemi üzrə keçirilən ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdlərinin iştirak etdiyi yarışların yekun nəticəsində III yeri şəhər 4 saylı tam orta məktəbin komandası, II yeri şəhər 8 saylı tam orta məktəbin komandası, I yeri isə 1 saylı məktəb-liseyin komandası qazandı. Qaliblər diplomlarla təltif olundular.


Açar sözlər: ,  ,