07.11.2018

    “Məktəblər arasında respublika çempionatı” nın Atletika üzrə yarışlarının rayon mərhələsi keçirilib

                                                                                                                                                                                                                                                                                                                                                                       Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq “Məktəblər arasında respublika çempionatı” nın Atletika üzrə yarışlarının rayon mərhələsi keçirilib.
      Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov bədən tərbiyəsi və idmana göstərilən yüksək diqqət və qayğıdan söz açaraq bildirib ki, bu gün Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Təsadüfi deyil ki, Azərbaycan çox mötəbər beynəlxalq idman yarışlarına çox böyük uğurla ev sahibliyi edir. Bu da ölkə idmançılarına yüksək stimul verir.
     Qızlar və oğlanlar arasında keçirilən 100 m, 200 m, 400 m qaçış üzrə yarışkarın yekun nəticəsinə əsasən komanda hesabında IV yeri Qardili kənd tam orta məkəbin komandası, III yeri şəhər 6 saylı tam orta məktəbin komandası, II yeri şəhər 4 saylı tam orta məktəbin komandası, I yeri isə Arbatan kənd tam orta məktəbin komandası qazanıb.