Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində müəllim,şagird və valideynlərin iştirakı ilə "Fəal təlim" adlı layihə müzakirə edilib. "Fəal təlim" in müəllimlər,şagidlər və valideynlər üçün əhəmiyyəti böyükdür. Müəllim dərin düşüncəli,hər tərəfli inkişaf etmiş fəal şagird yetişdirir.Təhsilin səviyyəsi yüksəlir.Valideynlər sərbəst düşünən övlad formalaşdırır. Valideynlərdə övladının gələcəyinə inam artır. Şagirdlər şəxsiyyət kimi formalaşır.
Dəyirmi stol arxasında əyləşən valideynlər də mərkəz haqqında ,onun yüksək fəaliyyəti haqqında və keçirilən dərslər haqqında müsbət fikirlərini qeyd etdilər.Mərkəzdə suallar ətrafında keçirilmiş müzakirə yeni mərhələlələri müəyyən etməyə,qarşıda yeni vəzifələrin həyata keçirilməsində ehtiyatları aşkar etməyə imkan yaratdı.