10.10.2018

"Dövlət Müstəqilliyi Günü"nə həsr edilmiş payız çağırışına qədər çağırış yaşlı gənclərin “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

                                 10 oktyabr 2018 –ci il tarixdə Salyan RTŞ və  Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan Olimpiya İdman Kompleksində 18 oktyabr "Dövlət Müstəqilliyi Günü"nə həsr edilmiş payız çağırışına qədər çağırış yaşlı gənclərin “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
                                 Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq bildirdi ki, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Ölkəmizdə aparılmış tarixi düşünülmüş addımlar sayəsində məhz Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
                                Daha sonra qeyd etdi ki, yarışın keçirilməsində əsas məqsəd Çağırışa qədər və çağırış yaşlı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək və rayon birincisini müəyyən etməkdən ibarətdir. 
                               4 növçülük üzrə ( 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) keçirilən “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyinin sonunda ən yüksək xal toplayan komandalardan Kürqaraqaşlı kənd tam orta məktəbin komandası III yeri, Şorsulu kənd tam orta məktəbin komandası II yeri, Arbatan kənd tam orta məktəbin komandası I yeri qazanıb.
                               8 saylı orta məktəbin komandası yarışda yüksək çıxışı ilə fərqlənən komanda olub.
                               Birinciliyin qalibləri və fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edilib.


Açar sözlər: ,