07.08.2018

Vakansiya seçimi mərhələsi davam edir

                 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.

           Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər. Ümumilikdə bu mərhələdə keçid balını toplayan 20 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

            Namizədlər avqust ayının 8-dək elektron ərizələrində müvafiq bölmədə diplom və ona əlavəni yüklədikdən sonra ümumi təhsil müəssisələri üzrə vakant yerlərlə tanış olub 8 vakant yer seçəcəklər. Daha sonra namizədlər ərizələrini təsdiq edib tamamlamalıdırlar.

              Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yerin müsabiqəyə çıxarılması təmin olunub.


Açar sözlər: ,