31.07.2018

MİQ imtahanında maksimum nəticə göstərən müəllimə

          Müəllimlərin işə qəbul imtahanlarında ən yüksək nəticə göstərən müəllimlərdən biri də Çərkəz Babayevadır. O, imtahan bitən kimi yığdığı nəticə ilə tanış olduqda çox sevindiyini deyib.

       "Öz üzərimdə çox çalışır, oxuyurdum. Çünki, mən heç vaxt özümdən tam razı qala bilmirəm. 50-55 bal gözləyirdim.Gözlədiyimdən artıq nəticə göstərdim.İstənilən işdə uğur əldə etmək üçün zəhmət çəkmək lazımdır.Mən zəhmətimin bəhrəsini gördüm.Balımı monitorda görəndə zəhmətimin yerdə qalmamasına görə çox sevindim".

               Onun sözlərinə görə tərtib olunan testlər məntiq və intellektə əsaslanıb.Bütün suallar dəqiqliklə tərtib edilib.İmtahan şəffaf keçirilib və köçürülmə halları olmayıb.

                Biz də Çərkəz müəlliməni təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.

 


Açar sözlər: