31.07.2018

Müəllimin uğuru

               2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.08.2017-ci il tarixli, 261 nömrəli əmrinin tələblərinə uyğun olaraq, 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə pedaqoji mühazirələr təşkil olunub.

               Pedaqoji mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.

              Pedaqoji mühazirələrin səmərəli təşkili üçün Nazirlik,Təhsil İnstitutu,rayon (şəhər) təhsil şöbələri (idarələri) lazımi tədbirlər həyata keçirmiş,hər bir rayon və şəhərdə müvafiq işçi qrupları yaradılıb.

             Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilmiş, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirilmiş, 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib. Proqrama "Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, "İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, "Ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmətin təşkili”, "Tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi”, "İstedadlı şagirdlərlə işin təşkili”, "Pedaqoji əməkdaşlıq müəllim-şagird münasibətlərinin əsasıdır”, "Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili” bölmələri daxil edilib.

              Pedaqoji mühazirə iştirakçılarından 25-i Azərbaycan dili və ədəbiyyat, 16-sı tarix, 14-ü ibtidai sinif, 10-u riyaziyyat, 7-si biologiya, 6-sı xarici dil, 5-i fizika, 3-ü kimya, hər birindən 2 nəfər olmaqla coğrafiya, informatika, hər birindən 1 nəfər olmaqla musiqi və fiziki tərbiyə müəllimi, 13-ü məktəb direktoru, 4-ü psixoloq, 3-ü təlim-tərbiyə işləri üzrə direktor müavini, 1-i isə aparıcı məsləhətçi olub.

            Yekun mərhələdə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 17, Bakı şəhəri 10, Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər biri 3, respublikanın digər şəhər və rayonları 74 məruzəçi ilə təmsil edilib.

         Salyan şəhəri 7 nömrəli məktəb-liseyin kimya müəllimi Gülşən Piriyeva cənab nazir Ceyhun Bayramovun əmrilə tərifnaməyə layiq görülüb.

             Biz də Gülşən müəlliməni təbrik edir, nailiyyətlərinin davamlı olmasını arzulayırıq.

 


Açar sözlər: ,