22.06.2018

 Bu gün Xəlil Rza Ulutürkün vəfatının 24-cü ildönümü qeyd olunub

           Azadlığı istəmirəm,zərrə-zərrə qram-qram!
           Qolumdakı zəncirləri qıram gərək,qram,qıram.

     Bu alovlu misraların müəllifini heç bir Azərbaycan oxucusuna təqdim etməyə ehtiyac yoxdur.Bəli, bu misralar Azərbaycanın,bütün Türk dünyasının mübariz oğlu, istiqlal mücahidi Xəlil Rza Ulutürkündür.

           Bu gün Xəlil Rza Ulutürkün vəfatının 24-cü ildönümü qeyd olunub.

           Rayon ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Xəlil Rza Ulutürkün həyat yolu və ədəbi fəaliyyətindən söhbət açılıb.

         Tədbir iştirakçıları əvvəlcə Salyan şəhərinin ən yaraşıqlı guşələrindən birində ucaldılmış “Ata-oğul” abidəsinin önünə gələrək Xəlil Rza Ulutürkün və onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad ediblər.

       Tədbirdə çıxış edən natiqlər X.Rzanın həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışmış və yaddaşlara həkk edilmiş  şeirlərini səsləndirmişlər.


Açar sözlər: