Arbatan kənd tam orta məktəbində Azərbaycan Respublikası İnsan Hüquqlari üzrə Müvəkkilinin(Ombudsmanın) təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində həyata keçirilmiş "Uşaq Hüquqlarının Pilləli Tədrisi " kursunu başa vuran şagirdlər sertifikatlarla, məktəbin direktoru Aytən Ağalarova, direktor müavini Ayna Əliyeva və psixoloqu Aynurə Babayeva təşəkkürnamə ilə təltif olunublar.
Tədbirdə Ombudsmanın Cənub Regionu üzrə müvəkkili Ziya İsmayılov, BMT nin Uşaq Hüquqları üzrə nümayəndəliyinin rəhbəri Edvard Korvardin, BMT-nin Azərbaycandakı uşaq fondunun rəhbəri Leyla Həsənova və Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev iştirak ediblər.