06.06.2018

“Ümumdünya ətraf mühit günü” ilə əlaqədar maarifləndirmə tədbirləri həyata keçirilib

             5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gənclər Şurasının nümayəndələri, Milli Parklar və Dövlət Təbiət Qoruqlarının əməkdaşları ilə birgə təhsil müəssisələrində təbliğat və maarifləndirmə tədbirləri həyata keçirilib.

              Salyan rayonunun bir sıra ümumtəhsil məktəblərində təşkil olunan seminar və görüşlərdə müəllim və şagirdlərə ətraf mühitin mühafizəsi, milli parklarda və xüsusi mühafizə olunan ərazilərdə davranış qaydaları, ekoturizm marşrutları, turizm və rekreasiya əraziləri barədə ətraflı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,