26 may 2018-ci ildə cənab nazir C.Bayramovun müvafiq əmrinə əsasən Masallı rayon “ Asan Həyat” kompleksində “ Azərbaycan Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Yarışda Lənkəran, Biləsuvar, Neftçala, Cəlilabad , Masallı, Salyan, Yardımlı və Astara rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak edib.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının qalibi 22 balla Lənkəran komandası olub.
Biləsuvar komandası 19 balla ikinci yerə, Masallı komandası isə 16 balla üçüncü yerə layiq görülüb.
Yarışın qalibləri kubok və medallarla mükafatlandırılıb.