11.05.2016-cı il tarixdə Salyan rayon Azər Əliyev adına Aşağı Kürkənd kənd tam orta məktəbində Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi olan "Reproduktiv sağlamlığın tədrisi" mövzusunda təlim keçirilmişdir. Təlimdə məktəbin Biologiya müəllimi, 2 valideyn və məktəbin diger 3 qadın müəllimi iştirak edirdi. Təlimin əsas məqsədi VI, VII sinifdə oxuyan qızları yeniyetməlik dövrü ilə bağlı məlumatlandırmaq, onlari orqanizmdə baş verən fizioloji dəyişikliklər haqqinda bilgiləndirmək idi. Yeniyetməlik dövrü - sürətli fiziki inkişaf, psixoloji, emosional, intellektual, mədəni, mənəvi inkişaf ilə səciyyələnən, insanın həyatinda helledici dövrdür. Şagirdlərin bu dövrü rahat, məlumatlı, özünəinamlı keçirməsi üçün belə təlimlər məqsədə uyğundur.