23.05.2018

21-23 May 2018-ci il tarixlərində Salyan rayon 2 saylı tam məktəbin idman zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş basketbol idman növü üzrə şəhər ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib

        21-23 May 2018-ci il tarixlərində Salyan rayon Gənclər və İdman İdarəsi və Salyan Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Salyan rayon 2 saylı tam orta məktəbin idman zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş basketbol idman növü üzrə şəhər ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib.

        Rayon birinciliyində A və B qrupları olmaqla 2 qrup üzrə 8 ümumtəhsil şəhər məktəbi iştirak edib.

      Beynəlxalq Basketbol Federasiyasının yeni qaydaları əsasında keçirilən yarışlarda A qrupunda şəhər 1 saylı məktəb-lisey, şəhər 5 saylı, şəhər 6 saylı, şəhər 9 saylı və B qrupu üzrə şəhər 2 saylı, şəhər 4 saylı, şəhər 7 saylı məktəb-lisey, şəhər 8 saylı tam orta məktəblərin komandaları iştirak ediblər.

    Rayon birinciliyinin açılışında çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq yarışın keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək, rayonda basketbol idman növünü daha da inkişaf etdirmək olduğunu bildirib.

      Araz Hüseynov qeyd edib ki, 2018-ci ilin Cümhuriyyət ili elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi bir daha dövlət başçısı İlham Əliyev tərəfindən Cümhuriyyətin tarixinə və onun yaradıcılarına göstərilən yüksək dəyərin, hörmət və ehtiramın göstəricisidir.

        23 May 2018-ci ildə basketbol idman növü üzrə rayon birinciliyinin final oyunu keçirilib.

        Final oyununda şəhər 2 saylı və şəhər 4 saylı tam orta məktəbin komandaları qarşılaşmış və oyunun nəticəsinə əsasən 2 saylı tam orta məktəbin komandası qalib gələrək I yeri qazanıb.

     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş basketbol idman növü üzrə şəhər ümumtəhsil məktəbləri arasında keçirilən rayon birinciliyində 6 saylı tam orta məktəbin komandası III yeri, 4 saylı tam orta məktəbin komandası II yeri, 2 saylı tam orta məktəbin komandası isə I yeri qazanıb.

        Rayon birinciliyində I, II və III yeri tutmuş komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,