Bu gün Salyan Rayon Təhsil Şöbəsi və Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsinin məqsədi Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.
Sonda müsabiqə qaliblərinə Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən fəxri fərmanlar təqdim olunub.