22.05.2018

Salyan rayon Boranıkənd ümumi orta məktəbində “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin IV zonası üzrə yarışlar keçirilib

      21 may 2018-ci ildə Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Boranıkənd ümumi orta məktəbində "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının 5.1.4 bəndinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan doğma vətənim” mövzusunda ümumtəhsil məktəbləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin IV zonası üzrə yarışlar keçirilib.

      “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması, yeniyetmə və gənclərin dünyagörüşünün artırılması, intellektual səviyyəsinin yüksəldilməsi və zehni inkişafına stimul verməkdən ibarətdir.

      “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin IV zona üzrə III yeri Sarvan kənd tam orta məktəbin Spartak komandası, II yeri Dayıkənd kənd ümumi orta məktəbin Muğan komandası, I yeri Qızılağac kənd tam orta məktəbin Fateh komandası qazanıb.

      IV zona üzrə I, II, III yeri tutmuş komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.

      IV zona üzrə yarışların qalibi olan Qızılağac kənd tam orta məktəbin Fateh komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ümumtəhsil məktəbləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin finalına vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,  ,