21.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Salyan rayon Qardili kənd tam orta məktəbində  “Azərbaycan doğma vətənim” mövzusunda ümumtəhsil məktəbləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin III zonası üzrə yarışlar keçirilib

       18 may 2018-ci ildə Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Qardili kənd tam orta məktəbində "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının 5.1.4 bəndinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan doğma vətənim” mövzusunda ümumtəhsil məktəbləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin III zonası üzrə yarışlar keçirilib.

       “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması, yeniyetmə və gənclərin dünyagörüşünün artırılması, intellektual səviyyəsinin yüksəldilməsi və zehni inkişafına stimul verməkdən ibarətdir.
       “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin III Zona üzrə III yeri Kürsəngi kənd tam orta məktəbin Qarabağ komandası, II yeri Qırxçıraq kənd ümumi orta məktəbin Master komandası, I yeri Şəkərli kənd tam orta məktəbin Zirvə komandası qazanıb.

      III zona üzrə I, II, III yeri tutmuş komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
       III zona üzrə yarışların qalibi olan Şəkərli kənd tam orta məktəbin Zirvə komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ümumtəhsil məktəbləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin finalına vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,