16.05.2018

15 may 2018-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Qarabağlı kənd 1 saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının 5.1.4 bəndinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan doğma vətənim” mövzusunda məktəblilər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin I zonası üzrə yarışlar keçirilib

     15 may 2018-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Qarabağlı kənd 1 saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının 5.1.4 bəndinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan doğma vətənim” mövzusunda məktəblilər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin I zonası üzrə yarışlar keçirilib.

     “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması, yeniyetmə və gənclərin dünyagörüşünün artırılması, intellektual səviyyəsinin yüksəldilməsi və zehni inkişafına stimul verməkdən ibarətdir.
    “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin I zona üzrə III yeri Pambıqkənd tam orta məktəbin Tufan komandası, II yeri Qaraçala kənd tam orta məktəbin Kür komandası, I yeri Çadırlı kənd ümumi orta məktəbin Zəka komandası qazanıb.
      I zona üzrə yarışların qalibi olan Çadırlı kənd ümumi orta məktəbin komandası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş məktəblilər arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.


Açar sözlər: ,  ,  ,