"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli 2867 nömrəli sərəncamı əsasında məktəbində Salyan rayon Peyk kənd tam orta məktəbin tədbirlər planına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Xəmsə" intellektual bilik yarışı keçirilib.
VIII-XI sinif şagirdləri arasında keçirilən yarışın qalibi VIII sinif şagirdləri olub. Sonda direktor Faiq Zərbalıyev yarışın qaliblərini təbrik edib.