14.05.2018

Salyan şəhərində "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona birinciliyi keçirilib

    10 May 2018-ci ildə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əhatə etdiyi rayonlar arasında "Gənc xilasedici və yanğınsöndürən" yarışlarının Salyan şəhərində zona birinciliyi keçirilib.

   Zona birinciliyində Hacıqabul,Sabirabad,Şirvan,Neftçala,Saatlı,İmişli və Salyan rayonlarından olmaqla 8 komanda iştirak edib.

     Yarışın yekun nəticələrinə əsasən III yerə İmişli,II yerə Neftçala,I yerə Salyan komandası layiq görülüb.

    Zona birinciliyində I yeri tutan Salyan komandası "Gənc xilasedici və yanğınsöndürən" yarışları üzrə respublika mərhələsinə vəsiqə qazanıb.

  Qalib gəlmiş komandalar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.


Açar sözlər: ,  ,