21.02.2018

I Beynəlxalq PR Yaradıcılığı Forumunda şəhər 2 saylı tam orta məktəbin direktoru Aynur Əsgərova və tarix müəllimi Leyla Mənsimova iştirak ediblər

         17-18 fevral 2018-ci il tarixində Bakı Pullman oteldə keçirilən I Beynəlxalq PR Yaradıcılığı Forumunda şəhər 2 saylı tam orta məktəbin direktoru Aynur Esgərova və tarix müəllimi Leyla Mənsimova iştirak ediblər.
           Ölkəmizdə belə mötəbər bir tədbirin keçirilməsi çox təqdirəlayiq idi. 15 ölkədən Foruma gələn spikerlərin İctimaiyyetlə Əlaqələr mövzusunda etdikləri çıxışlar iştirakçılar üçün maraqlı oldu.

          “Beynəlxalq təhsil bremdinin formalaşmasında PR-in gücü “, “Təhsildə Finlandiya modeli”, “Şagirdlerdə özünə inam yaratmaq ve onların yaradıcılığına təkan verməyin yolları” mövzuları xüsusilə aktual səslənirdi.

          Bart de Vries kimi beynəlxalq dərəcəli mütəxəssislərin öz təcrübələrini bölüşməsinə şərait yaradan Proloq İnkişaf Mərkəzi ve Qlobal Karyera İnstitutunun rəhbərlərinə tədbir iştirakçıları tərəfindən dərin minnətdarlıq bildirilib.


Açar sözlər: ,  ,  ,