21.02.2018-ci il tarixində Kürqaraqaşlı kənd tam orta məktəbində "Beynəlxaq Ana Dili" gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Elşən Səfərov fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdirib, ana dilinə aid şeirlər səsləndiriblər.