21.02.2018

"Təhsildə Keyfiyyət İli" çərçivəsində növbəti iclas keçirilib

                  Salyan RTŞ -nin akt zalında rayon ümumtəhsil məktəb direktorlarının iştirakı ilə "Təhsildə Keyfiyyət İli" çərçivəsində növbəti iclası keçirilib. İclasda "Təhsildə Keyfiyyət İli"  ilə bağlı görülən işlər müzakirə olunub, məktəblər rəhbərlərinin hesabatları dinlənilib.

                  Təhsil Nazirliyində "Təhsildə Keyfiyyət İli"  ilə bağlı görülən işlərə dair hesabat verilməsinə hazırlıq məqsədilə məktəb rəhbərlərinə cədvəllər  verilərək, qısa müddət ərzində yerinə yetirmək  tapşırılıb.


Açar sözlər: ,  ,