21.02.2018

Təhsil Nazirliyində yerli təhsili idarəetmə qurumlarının internet resurslarına məsul əməkdaşlar üçün təlimlər kecirilib.

          Fevral ayının 14-16-da Təhsil Nazirliyində yerli təhsili idarəetmə qurumlarının internet resurslarına məsul əməkdaşlar üçün təlimlər kecirilib.

         Təlimin keçirilməsində məqsəd rayon  təhsil şöbələrinin  internet resurslarının idarəedilməsinin təkmilləşdirilməsi, bölgələrin təhsil həyatında baş verən yeniliklərin ictimaiyyətə çatdırılması işinin daha da genişləndirilməsi, bu işə məsul əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarətdir.

         Təlimdə yerli təhsili idaəetmə qurumlarında ictimaiyyətlə əlaqələr işinin təşkili və xəbər aktivliyinin təmin olunması, təhsil şöbələrinin saytlarında yaranan nöqsanlar və onların aradan qaldırılması yolları, həmçinin sosial şəbəkələrdən səmərəli istifadə edilməsi mövzuları üzrə təqdimatlar dinlənilib. Təlim zamanı müvafiq proseslər əyani şəkildə göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: