14.02.2018

"Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda müsabiqə keçirilir.

             Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda müsabiqənin keçirilməsinə hazırlıq işləri gedir.

            Rayonun Marışlı kəndində mərkəzə məxsus olan torpaq sahəsində mərkəzin üzvləri  kənd təsərrüfatı məhsullarının əkilməsi, becərilməsi, məhsul yığılması prosesində bilik və bacarıqların genişləndirilməsi istiqamətində təcrübə mübadiləsi aparırlar.Mütəxəssislərin cəlb edildiyi bu tədbirdə bitki toxumunun mənşəyi, torpağı əkinə hazırlamaq, şumlama və əkin aparılması barədə biliklər əldə edilir.