Parca Xalac kənd Seymur Səmədov adina tam orta məktəbin 11-ci sinif sagirdləri Azərbaycanin Milli Qəhrəmani Mubariz Ibrahimovun doğum gunu munasibətilə "Daim Yaşayacaqsan" adli anim günü tədbiri kecirdilər.
1 dəqiqəlik sükutla Mubarizin əziz xatirəsi anildi.
Sinif rəhbəri Sevinc müəllimə Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışdı. Qeyd olundu ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqın qəlbində əbədi heykəl ucalda bilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.
Tədbirlərdə həmçinin şagirdlər tərəfindən hazırlanmış ədəbi bədii kompozisiya nümayiş olunub, qəhrəmana həsr olunmuş şerlər səsləndirilib.