25 yanvar 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şirvan şəhər, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Neftçalarayon sakinlərinin iştirakı ilə qəbulu keçirilmişdir. Qəbulda 4 nəfər vətəndaş iştirak etmişdir.
Qəbuldan sonra xanım Məleykə Abbaszadənin sədrliyi ilə Salyan və Biləsuvar rayonu üzrə azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili müəllimlərinin və məktəb direktorlarının iştirakı ilə plenar iclası keçirilmişdir. İclasda 2018-2019-cu tədris ilində tətbiqi nəzərdə tutulan ümumi təhsilpilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelinə dair və region üzrə 9-cu və 11 siniflər üzrə buraxılış imtahanlarının nəticələrinin statistik təhlili barədə geniş və ətraflı məlumat verildi.
Sonra Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən hər üç fənn üzrə bölmə iclasları keçirilmişdir.