Salyan rayon Peyk kənd tam orta məktəbində 20 nəfər IX sinif şagirdi və onların valideynlərinin iştirakı ilə şagirdlərin təmayül yönümünü, peşə yönümünü müəyyən etmək məqsədilə anket sorğu keçirildi.
Məktəbin direktoru Faiq Zərbəlıyev çıxış edərək təmayüllər,təmayüllərdə fənlərin tədrisinə verilən saatlar və s. məsələlərlə bağlı həm şagirdlərə, həm də onların valideynlərinə geniş məlumat verdi.
Valideynlər uşaqları ilə birlikdə anket sorğunu cavablandırdılar.