04.01.2018

Salyan rayonu ümumitəhsil məktəblərində və məktəbdənkənar uşaq müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə bayram tədbirləri keçirilmişdir.

           Salyan rayonu ümumitəhsil məktəblərində və məktəbdənkənar uşaq müəssisələrində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə bayram tədbirləri keçirilmişdir.
           Tədbirlərdə ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, valideynlər, idarə, müəssisə, təşkilatlar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

           Tədbir iştirakçılarına  31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  təbriklər söylənmiş onlara ən xoş arzular çatdırılmışdır.

           Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğuqeyd edilmiş, bunu dahi Liderin uğurlu siyasətinin ən böyük addımlarından biri olduğunu vurğulanmışdır.

           Bu siyasətin indi də Ulu Öndərin layiqli davamçısı tərəfindən uğurla aparıldığı tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

          Bu günün əhəmiyyətinin dünya azərbaycanlıları arasında birliyin, dostluğun, siyasi – iqtisadi və mədəni münasibətlərin genişlənməsində, Vətənimizin xaricdə ləyaqətlə, uğurla təmsil və təbliğ olunmasında böyük rolunun olduğu bidirilmişdir.
          Bayram şənliyində tədbir iştirakçıları Salyan Uşaq İnkişaf Mərkəzində fəaliyyət göstərən dərnək və qrupların əl işlərindən ibarət sərgiyə və onların ifasında musiqi nömrələrinə, səhnəciklərə və müxtəlif rəqslərə tamaşa etmişlər. Sonra tədbir Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının iştirakı ilə davam etmişdir.

           Digər məktəblərdə də maraqlı bayram tədbirləri keçirilmişdir. Tədbirlərdə iştirak etmiş uşaqlara  bayram hədiyyələri verilmişdir.


Açar sözlər: ,  ,  ,