18.12.2017

Şəkərli kənd ümumi orta məktəbinin V-IX sinif şagirdlərindən bir qrupu Salyan Tarix-Diyarşünaslıq Muzeyi ve Salyan Bayraq Muzeyində oldular.

      Şəkərli kənd ümumi orta məktəbinin V-IX sinif şagirdlərindən bir qrupu və məktəbin müəllimləri Təhsil nazirinin ümumtəhsil məktəblərində "keyfiyyət ili" ilə bağlı məlum əmrinə müvafiq olaraq keçirilən "Azərbaycan tarixi aylığı" ilə əlaqədar Salyan Tarix-Diyarşünaslıq Muzeyi ve Salyan Bayraq Muzeyində oldular.

       Muzeydə məktəbin tarix müəllimi Aysel Tağıyeva Azərbaycan Respublikasının dövlət rəmzləri ve dövlətçilik tariximizlə bağlı uşaqlara geniş məlumat verdi.