11.12.2017

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

              Salyan şəhər 2 saylı tam orta məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş ümumtəhsil məktəbləri arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

             İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarış iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin mübariz həyat yolundan bəhs edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, həmişə obyektiv mövqe tutması, yüksək intellekti, sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.

          Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır.

          Daha sonra rayon birinciliyinin keçirilməsinin əsas məqsədlərindən söhbət açaraq iştirakçılarına uğurlar arzuladı.
         Yarış iştirakçıları komandalar şəkilində mübarizəyə başladılar. Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:
             III yer 9 saylı tam orta məktəbin komandası
            II yer 6 saylı tam orta məktəbin komandası
            I yer Sarvan kənd tam orta məktəbin komandası
           Yarışın sonunda qalib komandalar və yarışda fəallığı ilə seçilən iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.


Açar sözlər: ,  ,