21.11.2017

17 Noyabr Milli Dirçəliş Gününə həsr edilmiş rayon ümumtəhsil şəhər məktəbləri arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.   

            Salyan şəhər  2 saylı tam orta məktəbin idman zalında 17 Noyabr Milli Dirçəliş Gününə həsr edilmiş rayon ümumtəhsil şəhər məktəbləri arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.    

            Açılış oyunundan öncə idmançıları salamlayan Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov çıxış edərək bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd rayonda basketbol idman növünü inkişaf etdirmək, 17 Noyabr Milli Dirçəliş gününü yad etmək olduğunu vurğuladı.

          Daha sonra qeyd etdi ki, Azərbaycanda basketbolun inkişaf tarixi digər idman növləri kimi ilk addımlarını hələ 1920-cı ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə həyata vəsiqə almışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar.
           Püşkatmadan sonra komandalar mübarizəyə başladılar. Yarış Beynəlxalq Basketbol Federasiyasının yeni qaydaları əsasında keçirildi.
           Yarışın sonunda qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi və RTŞ tərəfindən diplom və hədiyyələr ilə təltif edildilər.

           Qalibləri təltif edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarışın qaliblərinə  uğurlar arzuladı.
           Yarışın nəticəsinə əsasən qaliblər aşağıdakı kimi müəyyənləşdi:

           III yer şəhər 6 saylı tam orta məktəb
           II yer şəhər 4 saylı tam orta məktəb
            I yer şəhər 2 saylı tam orta məktəb


Açar sözlər: ,