02.11.2017

Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir.

       Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan şəhər 2 saylı tam orta məktəbdə Dövlət Müstəqilliyi Günü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsi keçirilmişdir.

        İlk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov şagirdləri salamlayaraq inşa müsabiqəsinin keçirilməsinin əsas məqsədlərindən danışdı və bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.

        Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

       Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə olması ilə yanaşı, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

      Keçirilən inşa müsabiqəsində rayonun 22 ümumtəhsil məktəbindən olmaqla 42 nəfər məktəbli iştirak edirdi.

      Müsabiqənin nəticələri  Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təyin edilmiş münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edən şagirdlərin əlyazmaları yoxlanıldıqdan sonra Salyan rayon Təhsil şöbəsinin akt zalında elan olunacaqdır. Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunacaqlar.


Açar sözlər: ,