11 oktyabr 2017-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Olimpiya İdman Kompleksinin stadionunda 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr edilmiş yaz və payız çağırışına qədər çağırış yaşlı gənclərin “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir.
İlk öncə tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların milli ruhda yetişdirilməsi olduğunu vurğulayaraq bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd çağırışa qədər və çağırış yaşlı gənclərin Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayonun poliatlon çoxnövçülərindən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, rayon çempionunu müəyyən etmək və zona mərhələsində iştirakını təmin etməkdən ibarətdir.
Rayon birinciliyində 4 növçülük üzrə ( 100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) 26 rayon tam orta məktəblərin komandalarından 130 nəfər iştirak edirdi.
Yarışın sonunda ən yüksək xal toplayan komandalardan Qarabağlı 1 kənd tam orta məktəbin komandası birinci, 4 saylı şəhər tam orta məktəbin komandası ikinci və Kərimbəyli kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldülər.
Yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilmişdir.
Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar ilə təltif edildilər. Qalibləri təltif edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibləri təbrik edərək onlara gələcək idman yarışlarda uğurlar arzuladı.