Yeni istifadəyə verilmiş, müasir tələblər cavab verən binada yerləşən Salyan şəhər 2 saylı tam orta məktəbin geniş akt zalında “5 Oktyabr –Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları tədbirdən öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Əliağa Hüseynov, hüquq-mühafizə orqanlarının və digər müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri, mətbuat nümayəndələri və təhsil işçiləri iştirak etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə çıxış edənlər Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbirdən sonra rayon İcra hakimiyyətinin başçısı təqaüddə olan bir qrup müəllimlərlə görüşərək onların məişət qayğıları ilə maraqlanmışdır.