Salyan RTŞ-nin akt zalinda Salyan RTŞ-nin tabeliyində olan ümumtəhsil məktəb müəsissələrinin direktorlarının yığıncağı keçirilmişdir.
Yığıncaqda yeni işə qəbul olunan gənc kadrların mənzil-məişət problemlərinin həlli istiqamətində, onların metodiki vəsaitlərlə təmin olunması və sənədlərlə işin qaydaya salınması məsələləri barədə tapşırıqlar verildi.
ÜM-1 hesabatın işlənməsi ilə əlaqədar olaraq UTİS Proqram Təminatının yeni təlimata uyğun işlənməsi barədə göstərişlər verildi.
2019-cu ildə tətbiqi nəzərdə tutulan Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli barədə yeni qaydalar direktorların nəzərinə çatdırıldı. Bu məqsədlə DİM tərəfindən kurslar təşkil ediləcəyi barədə məlumat verildi və bu kurslara müəllimlərin cəlb edilməsi üçün elektron qaydada deydiyyatdan keçmək tövsiyyə olundu.